Bir qədər öncə Fatimə Mövlamlı facebook səhifəsində öz video müraciətini paylaşıb.
O bildirir ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb.
“Mən rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, məndən narahat olmamanız üçün məlumat versin”, o qeyd edir.
Mövlamlı onun barəsində sosial şəbəkələrdə yayılan məlumaytları əsassız sayır.
“Məni yaxından tanıyan insanlar bilir ki, haqqımda hər şey yazmaq olar. Amma əxlaqsızlıq, guya haradasa tutulmuşam kimi yazılan məlumatlara inanmayın. Mən tutulmamışam. Evimizdəyəm, hər şey qaydasındaıdr. Sizi narahat qoyduğuma görə üzürlü sayın ”, o qeyd edib.