İqtisadçı Toğrul Maşallı Qəbələ rayonu nümunəsində məşğulluq sahəsində olan saxtakarlığı aşkara çıxaran statusla fb səhifəsində çıxış edib. Yazını təqdim edirik:
“Qəbələ rayonu nümunəsində işsizlik statistikası: rəsmi məlumatlara görə rayon Məşğulluq Mərkəzinə 1280 nəfər müraciət etmişdi. Onlardan 828 “iş axtaran” statusu aldı. İş axtaranlar arasında yalnız 452 nəfərə iş tapıldı (onların arasında yalnız 108 nəfər ilk dəfə işə düzəlmişdi). Ümumi olaraq 52 nəfər “işsiz” statusu aldı. Başqa sözlə rəsmi statistikaya görə rayonda 52 nəfər işsiz və 452 nəfər yeni işçi qeydə alınacaq.
Eyni zamanda 10 nəfər müvafiq kurslardan sonra “Azərxalça” şirkətinə işə düzəldilər. 16 nəfər isə Məşğulluq mərkəzin dəstəyi biznes ilə məşğul olmağa qərar verdilər. Beləliklə nəticədə 1280 nəfərdən 750 nəfər şəxs qaldı. Onlar “iş axtaran” statusuna malikdilər, amma şübhəlidir ki, Məşğulluq Mərkəzinə müraciət etsinlər. Beləliklə, onlar da faktiki olaraq işsizdilər. Amma əmək nazirliyi tərəfindən göstərilən statistikada onlar işsiz olaraq qeyd olunmayacaq.
İndi işə düzələnlər barədə. Deməli, onlar arasında 170 nəfər MKİS, Azərişiq, Qəbələ aeroportunda işə düzəldiliblər. Eyni zamanda kiçik kəndlərin birində qeydə alınmış tikinti şirkətinə 108 nəfər işə düzəlib. Beləliklə,işə düzələnlərin böyük hissəsi faktiki olaraq büdcə hesabına dolanırlar.