Bu gün Mərkəzi Bankın nəzarəti ilə Bloomberg terminalı üzərindən keçirilən hərracda dollara tələbat yüksək olub.
Maliyyə qurumlarındakı etibarlı mənbələrdən əldə edilmiş məlumata görə, banklara 121 milyon 700 min dollar satılıb.
Bu gün iddia olunub ki, səhər bir sıra banklar Dollar satışını dayandırıb. Bazar ertəsindən Azərbaycanda Dolların bahalaşdığı müşahidə olunub.
Qeyd edək ki Mərkəzi Bank sədri dollarla bağlı gərginliyin yaranmasına heç bir səbəb olmadığını bildirib. Onun sözlərinə görə, hərraclarda banklara istədikləri qədər dollar satılır.
Xəbər verdiyimiz kimi, 12 aprel 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.