ABŞ Şimali Koreya ilə qarşıdan gələn danışıqlarda siyasi oyunlar oynamayacaq və qətiyyətlə Koreya yarımadasının nüvəsizləşdirilməsinə köklənib.
Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, ABŞ dövlət katibi postuna namizəd Mayk Pompeo bəyan edib.
“Prezident Trampın Şimali Koreya lideri ilə görüşü ərəfəsində xeyli işlər görülməlidir. Dövlət başçısı KXDR-in nüvə arsenalının ABŞ-a təhlükə kəsb etməsinə imkan verməmək niyyətindədir. Prezident Tramp Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq, o cümlədən məndə. Keçmişdə rəsmi Pxenyanla aparılan danışıqlara dair MKİ-nin sənədlərini oxumuşam və əminəm ki, biz keçmişin səhvlərini təkrarlamayacağıq ”, deyə M.Pompeo vurğulayıb.