Suriya ətrafında gərginlik artmaqda davam edir.
Suriya ordusu ABŞ və müttəfiqlərinin hərbi müdaxilə ehtimalının yüksək olduğunu bildirib. Alman xəbər agentliyi bildirir ki, əsas hədəf Suriya ordusunun hərbi bazaları ola bilər.
Bu gecə ABŞ, Fransa və İngiltərə nümayəndələri arasında baş tutan görüşdə Suriyada atılacaq addımlar müzakirə edilib. Üç ölkənin birgə danışıqları ABŞ-ın Suriyaya təkbaşına hücum etməyəcəyi kimi şərh edilir. Məlumata görə, hücum ehtimalının yüksək olduğunu anlayan Suriya hökuməti, artıq bəzi hərbi bazaları evakuasiya edib.
azadliq.info