Bakı Şəhər Icra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 14-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb və müsbət cavab verib.
Muxalifətin aprelin 14-də saat 15.00-dan 17.00-dək Yasamal rayonunda yerləşən “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib.