İsrailin Hərbi Hava Qüvvələri Suriyanın Homs vilayətindəki Şayrat hərbi bazasına raket zərbələri endirib.
Bu barədə “Al Masdar” portalı məlumat yayıb.
Portalın məlumatına görə, zərbələr yerli vaxtla saat 01:10-da endirilib.
Daha əvvəl SANA agentliyi də hərbi bazaya raket zərbələrinin endirildiyini, lakin Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin raketləri vurduğunu xəbər verib.