“Artıq Azərbaycan xarici turistlər üçün ucuzlaşmış turizm ölkəsi sayılır”
Bunu jurnalistlərə açıqlamasında Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.
O qeyd edib ki, 10 il əvvəl bu sahədə vəziyyət o qədər də yaxşı olmayıb: “Biz bu problemləri mərhələli şəkildə həll edirik. Bölgələrdə 1-2 mehmanxananın ətrafında rəqib olmadıqca və parallel işləyən turizm şirktlətlərinin olmaması qiymətlərin 1 qütblü inkişafına gətirib çıxarır. Devalivasiyadan sonra xarici turistlərin sayı 35 faiz azalıb. Bu gün turizm bazarında rəqabət o qədər güclüdür ki, bu qiymətləri hissə-hissə aşağı salır. Ancaq amansız rəqabət aparılmamalıdır”.