Qubad Ibadoğlu
İlham Əliyevin imzaladığı yeni sərəncamlarda müsbət məqamlar olsa da, yeni dövr üçün hələ də islahat görüntüsü yaradılır.
Dövlət başçısı 20 apreldə 3 sərəncam imzaladı Birincisi, Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncamla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yaradıldı. Artıq turizm üzrə dövlət siyasəti nazirlik səviyyəsində tənzimlənməyəcək. Əgər bu sahədə dəyişikliklər davam edərsə və bunlar dövlətin turzm sektoruna müdaxiləsinin azaldımasına gətiirb çıxarsa, bu sərəncamı müsbət dəyişiklik kimi dəyərləndirmək olar,
İkincisi, İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamdır ki, onunla 2 dəyişiklik edilib. 1) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “müstəqillik” qazanaraq Dövlət Agentliyi statusu əldə edib. Əslində bu dəyişiklik 2010-cu ildən bəri parlamentdə “yatan” Rəqabət Məcəlləsinin layihəsində nəzərdə tutulurdu. Belə dəyişiklik müsbət olsa da sistemli yanaşmanın nəticəsi kimi qəbul oluna bilməz. Çünki əvvəlcə Rəqabət Məcəlləsi qəbul olunmalıydı və sonra müvafiq struktur dəyişiliyi aparılmalıydı. Hesab edirəm ki, indiki şərtlərlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yenə də müstəqil ola bilməyəcək.
Yeri gəlmişkən, yuxarıda bəhs etdiyim hər iki dəyişikliyə dair mən dəfələrlə təkliflə çıxış etmişəm.
Sərəncamın ikinci hissəsi ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradıldı. Bunu da müsbət dəyərləndirmək olar. Bu məsələdə yeni Agentliyin rəhbərinin kim olması xüsusilə maraq kəsb edən məsələdir.
Nəhayət, ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamla belə nəzarət mexanizmini Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə həyata keçriləcək. Bu isə yalnız Dövlət Gömrük Komitəsinə etimizasızlıqdan deyil, bu sahədə problemlərin həllindəki çətinliklərdən irəli gəlir.
Yekun olaraq onu demək istərdim ki, əgər çevik, rasional və işlək idarəetmə mexanizmi yaratmaq məqsədi güdülürsə bu kompleks islahatlar paketi üzrə həyata keçirilməlidir. Epizodik və sistemsiz dəyişikliklərlə nə səmərəli idarəçilyi təmin etmək, nə də ki, struktur islahat aparmaq mümükün deyil, bununla yalnız islahat görüntüsü yaradıla bilər ki, bu isə yenə də ciddi islahatlar üçün siyasi iradənin çatışmamasının göstərici hesab olunacaq.