Yerevanda Ermənistanın baş naziri Serj Sarqsyanla müxalifətçi deputat, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan arasında görüş olub.
Məlumata görə, görüş paytaxtdakı “Marriott” otelində baş tutub. Danışıqlar nəticəsiz başa çatıb. Sarqsyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.
Görüşün əvvəlində baş nazir bildirib ki, danışıqlar jurnalistlərin iştirakı olmadan aparılmalıdır. Paşinyan isə buna cavabında deyib ki, danışıqlarda ancaq onun istefası müzakirə ediləcək.
azadliq.info