Ermənistanda etirazçıların lideri Nikol Paşinyanı baş nazir Serj Sarkisyanla görüşdən dərhal sonra maskalı çevik polis qüvvələri həbs edib, polis maşınında aparıblar.
Paşinyan polislərin xalqın tərəfinə keçmələrini istəsə də, bu müraciət fayda verməyib. Etirazçılar onu polisin əlindən almaq istəsəlәr də, bacarmayıblar. Polis qüvvələri onu apara biliblәr.
Paşinyanla yanaşı daha iki deputat – Sasun Mikaelyan və Ararat Mirzəyan da həbs edilib.
Azadliq.info