Həbsdəki jurnalist Əfqan Muxtarlı Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına “etap” edilib. Bu barədə NİDA hərəkatından Samir Əsədli Turan-a məlumat verib.
Onun bildirməsinə görə, məhkəməsi başa çatmış jurnalist bir neçə gün həmin təcridxanada saxlanılacaq. Ə.Muxtarlının Şüvəlandan cəzaçəkmə müəssisəsinə göndəriləcəyi bildirilir.
Əfqan Muxtarlı bunadək Şəkidəki penitensiar mərkəzdə saxlanılırdı.