Bu günlərdə Azərbaycan Turizm və Menecment Universiteti, “Beynəlxalq münasibətlər kafedrasının” baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadənin müəllifliyi ilə yeni bir kitab- “Fəlsəfə”dərs vəsaiti işıq üzü görmüşdür.
Oxucuların diqqətinə çatdırılan sözügedən dərs vəsaiti ali təhsil məktəbləri üçün nəzərdə tutulmuş standartlar əsasında hazırlanıb. Dərs vəsaitində fəlsəfə tarixinin əsas mərhələləri, varlıq, idrak kimi fundamental fəlsəfi problemlər ətraflı izah edilmişdir. Eyni zamanda insan və cəmiyyət, elm, mədəniyyət və sivilizasiya, müasir dövrün qlobal problemlərinin fəlsəfi təhlilinə geniş yer verilmişdir.
Dərs vəsaitinə daxil edilmiş materiallar tələbələrdə geniş dünyagörüşünün, həmçinin onlarda tənqidi təfəkkür tərzinin formalaşmasına kömək edəcək. Vəsait ali təhsil məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müəllimlər, magistr və fəlsəfəni müstəqil şəkildə öyrənənlər də istifadə edə bilər.
Qeyd edək ki; Kitabın müəllifi Elşən Bayramzadə 1971-ci ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur.
1993-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
2007-2011-ci illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2013-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qloballaşma və informasiya cəmiyyəti: qarşılıqlı təsirin dinamikası (sosial-fəlsəfi təhlil)” mövzusunda yazdığım dissertasiya işini müdafiə etmişdir.
2011-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır, “Beynəlxalq münasibətlər kafedrasının” baş müəllimidir.