Sabah, mayın 23- ü saat 11-də Müsəlman Birliyi təşkilatının fəalı Əhsən Nurizadənin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçiriləcək. O, Cinayət Məcəlləsinin 234.4 maddəsi ilə həbs olunub. Bakı Ağır Cinayətlər məhkəməsi barəsində 7 il azadlıqdan məhrumetmə hökmü çıxarıb. Əhsən Nurizadə ittihamı qəbul etmir. Həbsinin Taleh Bağırzadənin rəhbər olduğu Müsəlman Birliyi təşkilatındakı fəaliyyəti ilə bağlı olduğunu deyir.
Hüquq müdafiə təşkilatlarının təqdim etdiyi siyahılarda Əhsən Nurizadə siyasi məhbus kimi tanınır.