Elçibәy hökumәtindә Gәdәbәyin icra başçısı işlәmiş, uzun illәrdir Rusiyada yaşayan vә hazırda o ölkәnin vәtәndaşı olan, Azәrbaycanda narkotik ittihamı ilә hәbs edilәn Saleh Rüstәmlinin saxlandığı Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә İdarәsindә (“bandotdel”) işgәncәdәn dünyasını dәyişdiyi haqda dünәn yayılan xәbәr doğru deyilmiş.
Bu gün sәhәr saatlarında DİN-in sözçüsü Ehsan Zahidov mediaya yayılan mәlumatın doğru olmadığını açıqlayıb.
Eyni zamanda Milli Şura Koordinasiya Mәrkәzinin üzvü Eldәniz Quliyev, Saleh Rüstәmlinin vәkili vә qardaşı onunla görüşә dәvәt edilib, E.Quliyev vә vәkilinә şәrait yaradılmasa da, qardaşı S.Rüstәmli ilә görüşüb.
Dünәn axşam S.Rüstәmlinin “bandotdel”dә işgıncәdәn öldüyü xәbәri yayılandan dәrhal sonra AXCP sәdri Әli Kәrimli sәrt açıqlama yayaraq, hakimiyyәtә bu gün saat 12-ә qәdәr vaxt vermişdi ki, mәlumata inandırıcı şәkildә aydınlıq gәtirilsin, әks tәqdirdә, aydınlaşdırmaq üçün özü şәxsәn “bandotdel”ә gedәcәk.
Ә.Kәrimli ilə yanaşı xeyli ictimai-siyasi fәal bu mәlumatla bağlı marahatlığını paylaşdı vә AXCP sәdri ilә birlikdә “bandotdel”ә getmәyә hazır olduğunu bildirdi.
Bu gün S.Rüstәmli ilә qardaşının görüşündәn sonra Ә Kәrimli yeni açıqlama paylaşaraq daha “bandotdel”ә getmәyinә ehtiyac qalmadığını bildirib vә onunla hәmrәylik göstәrәn, S.Rüstәmlinin taleyindәn narahat olan hәr kәsә tәşәkkür edib:
“Saleh Rüstəmli sağdır. Nəhayət, məlumat ala bildik. Onun işgəncələrdən ölməsilə bağlı dünən yayılmış məlumat doğru deyilmiş. Dünәn hәmin məlumat yayıldıqdan dərhal sonra yazdım ki, bu gün saat 12-yə qədər Saleh bəyin vəkili və qohumları ilə görüşü təmin edilməsə və onlar özləri onun sağ-salamt olduğunu təsdiq etməsə, bu gün saat 12-də özüm gedəcəm “bandotdel”ә. Səhər tezdəndən DİN-in öz təşəbbüsü ilə MŞ Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevlə, Saleh bəyin vəkili və qardaşı ilə əlaqə yaradılıb. Vəkillə görüşə şərait yaradılmasa da qardaşı Saleh bəylə görüşüb. Saleh bəyin qardaşı şəxsən mənə təsdiq etdi ki, o, sağdır. Onunla görüşüb.
Beləliklə, mənim “bandotdel”ә getməyimə ehtiyac qalmadı. Dünən bu məlumat yayıldıqdan sonra Saleh bəyin xilası üçün səsini ucaltmış bütün ictimai-siyasi fəallara, mənimlə birlikdə “bandotdel”ə gedəcəyini bəyan etmiş yüzlərlə ədalətli və mübariz insanlara buradan təşəkkürümü bildirirəm. Var olun!
P.S. Bu gün həm də Saleh Rüstəmlinin 55 yaşı tamam olurmuş. Saleh bəyi yubileyi münasibətilə təbrik edirəm. Tezliklə haqq etdiyi azadlığa çıxmasını arzulayıram.”
Saleh Rüstәmlinin “bandotdel”dә öldürüldüyü haqda TuranTV-nin rәhbәri, Azadlıq qәzetinin baş redaktoru Qәnimәt Zahid bu barәdә ona çatan xәbәr әsasında yazaraq, hüquq müdafiәçilәrini bunu dәqiqlәşdirmәyә çağırmışdı. Q.Zahid dünәn bu xәbәri yaymasına yenidәn aydınlıq gәtirib. O, feysbuk sәhifәsindә yazır:
“Çox sevinirəm ki, Saleh bəy Rüstəmlinin bandotdeldə öldürülməsi ilə bağlı mənə verilən xəbər yanlış oldu. Xatırladıram ki, mən bu xəbəri dəqiqləşdirilmək üçün hüquq müdafiəçilərinə çağırış etmişdim və ölüm xəbəri də belə yayılmışdı. Əslində, bu xəbər mənə daha tez – 22 mayda verilmişdi və xəbərin mənbəyi polis idi.
Mən onu dərhal paylaşmadım, dəqiqləşdirməyə çalışdım. Bəzi dostlarla, ailəsindən tanıdığım adamlarla əlaqə saxladım. Mənə dedilər ki, mayın 24- də Saleh Rüstəmli vəkil də görüşməlidir, Qırmızı Xaçdan nümayəndələr də. (Azərbaycanda həbs edilən bir azərbaycanlı ilə əlaqə üçün Qlrmızı Xaç!). Mayln 24- də Qırmızı Xaç görüşmədi, bandotdeldə isə Saleh Rüstəmlinin adından vəkilə dedilər ki, onun xidmətindən umtina edir.
Bu xəbərləri alan kimi mən şübhələnməyə başladım ki, mənə çatdırılan məlumat düz ola bilər. Başqa necə ola bilərdi axı?! Mayın 8- də Gədəbəy- Bakı yolunda, Şəmkir ərazisində yol getdiyi yerdə avtomobildən düşürülərək saxlanlan, “bandotdel”ə gətirilən, guya “şəhər parkında üzərində narkotika ilə tutulub” ittihamı ilə şərlənən və o gündən indiyə qədər haqqında ən yaxşı halda, “dəhşətli işgəncələr” xəbəri gələn birisinin nəhayət, bu işgəncələr nəticəsində öldüyü barədə xəbəri necə gözardı etmək olardı ki? Buna görə də
qərara gəldim ki, həmin çağırışı yayım.
Amma məsələnin başqa tərəfi də var. Belə çıxır ki, Azərbaycanda istənilən adamı şərləyərək tutmaq olar, işgəncələrlə istənilən ittihama qol çəkdirmək olar, ölənə qədər döymək olar, amma sadəcə ölmədiyinə görə şükür etmək də lazımdır! Biz indi bu mərhələdəyik və bu, olduqca pis mərhələdir. Bu mərhələdən geri qayıtmaq üçün isə bütün ictimai təşəbbüslər inzibati səylərə qarşı səfərbər olunmalıdır və sözün hər iki mənasında. Saleh bəyin həyatda olması, öldürülmədiyi yaxşı xəbərdir, onun şərlənərək həbs edilməsi, 18-19 gün xüsusi pressinq altlnda saxlanılması isə azadlıqların tamamilə öldürüldüyü, işgəncə ilə öldürüldüyü qədər pis xəbərdir!”
Azadliq.info