Şəhid ailələrindən bir qrupu oktyabrın 30-da yenidən Prezident Administrasiyası önünə toplaşıblar. Onlar Qarabağ savaşında şəhid olan yaxınlarına ayrılan birdəfəlik müavinəti hələ də ala bilmədiklərindən şikayətləniblər.
Şəid ailələri bu problemlə əlaqədar bundan əvvəl bir neçə dəfə Milli Məclisin, Prezident Administrasiyasının və başqa dövlət qurumlarının qarşısına toplaşaraq şikayətlərini səsləndiriblər.
Həmin ailələrinin təmsilçilərindən Sevinc Quluzadə deyib ki (azadliq.org), bu dəfə narazı ailələr Milli Məclis önünə getməkdən imtina ediblər: «Yəni, parlamentin bu məsələni həll etmək gücü yoxdur, ona görə də Milli Məclisə getməkdən imtina etdik».
100-ə yaxın ailə təmsilçisinin toplaşdığını deyən S.Quluzadə onları, qəbul edənin olmadığını bildirib. «Bizi qəbul otağında bir şəxs qarşılayır. Hər dəfə məsələnin həll ediləcəyini deyir, amma məsələ hələ də həllini tapmayıb».