Oktyabrın 30-da prezident İlham Əliyev yeni təyinatlara imza atıb. Vüqar Teyyub oğlu Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2015-ci ilin sentyabr ayından Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuş Eldar Əzizov bu ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna keçirilib.
Vüqar Zeynalov 1963-cü ildə Bakı şəhərində anadan olub. Bu təyinata qədər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi idi.
Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı postuna keçirilib.
Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Asif Ağayev 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 1988-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. 15 fevral 2013-cü ildən Şamaxının icra başçısı idi.
Beyləqan Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Vaqif Abdullayev oktyabrın 5-də vəzifəsindən azad edilib(novator.az).