Tale Bağırzadə 11, Abbas Hüseynsə 8 gündür aclıq edir…
***
Bu gün həm də Azərbaycanın bölündüyü gündür.
İqlimin insanların xarakterinə nə qədər təsir etdiyi haqqında oxumuşam, amma bu gün ölkənin parçalanması günü olduğunu xatırlayanda düşündüm ki, bəlkə təkçə iqlim deyil, ölkələrin parçalanması da onun insanının təbiətinə təsir edir? Bəlkə elə buna görədir ki, Azərbaycan ev-ev, fərd-fərd parçalanıb?!
Liberalına, demokratına, dindarına, millətçisinə…
Tək bir qüvvə bütövdü, talayanlar!
***
Bu ölkədə hansısa camiyəyə aid olmamağın, biriləri ilə dostluq etməməyin, ya da kiminsə vitrinini bəzəyib mənafeyinə və ya dünyagörüşünə uyğun olmamağın bədəli çox ağırmış. Səni hətta ən səmimi halınla yırtıcı rejimin qarşısında tək buraxa biləcəkləri qədər…
O qədər böyükmüş ki, məsələn, təhdidlə belə üz-üzə qalanda mənafeyi bir kənara qoya bilməyib insanın bütün fəaliyyətini görməzdən gəlib səni bir statusluq və ya bir cümləlik adam səviyyəsinə endirib qarşılaşdığın təhlükəni buna bağlamağa qədər gedib çıxa bilirmiş…
Amma nə etməli, mənafe üçün emosiyalarını idarə edə bilməyənlərin qarşısına sən emosilayalarını idarə etməklə çıxmalısan…
***
Bu ölkə belə ölkədir… Liberalların, demokratların belə öz diktaturasını qurduğu ölkə… Hər kəsin əlində olan gücü monopoliyaya ala bildiyi, monarxına və ya diktatoruna çevrilə bildiyi ölkə… Bəlkə də elə buna görədir ki, İlham Əliyev burda asanlıqla belə bir rejim qura bildi?! Bəlkə elə buna görə nələrisə monopoliyaya almayan, diktaturasının qurmayan Elçibəy bizə zəif adam kimi görünür?!
***
Tale Bağırzadə 11 gündür, Abbas Hüseyn 8 gündür aclıq edir…
Səslər çox zəif və az eşidilir. Dəstək azdır. Qorxu var, onlar dindardır deyə… Amma dindarı acından, işgəncə ilə öldürmək istəyən rejimə təslim etmək nə liberallığa yaraşır, nə demokratlığa…
Dindar məhbuslar haqqında bəlkə də kimlərinsə qorxusu və ya antisimpatiyası hüquq müdafiəçiliyindən, siyasətçiliyindən, liberallıq və ya demokratlığından böyükdür. Mən bunların heç birinə iddali deyiləm. Nə hüquq müdafiçiliyinə, nə siyasətçi olmağa…
Amma dindar məhbusları da sona qədər müdafiə edəcəm. Bilirsinizmi niyə?…
Çünki onların haqsız yerə tutulub. Onların din dövləti qurmaq istədiyinə inanmıram. Amma belə olmuş olsaydı belə, zülm edilməsinə, işgəncəyə susmazdım. Çünki əgər “hüquq”,”müdafiəçi” deyiriksə, bu zaman sənin yanaşman və ya mənafeyin arxa planda olmalıdır.
P.S
İkinci dünya savaşında yəhudiləri öldürürdülər. Təsəvvür edin, yəhudini sevməyən və ya onların dünyagörüşünü qəbul etməyən bir hüquqçu buna susur və ya susmurmuş imitasiyası yaradır.
Sadəcə, təsəvvür edin!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb