Bu parlamentdə nə qədər uşaq düşməni varmış! Yaşlı-başlı adamlar cidd-cəhdlə millətə sübut etməyə çalışırlar ki, Azərbaycan kimi ölkələrdə uşaq pulu verilməsi doğru deyil. Bununla bağlı ən unikal fikri də bir az əvvəl Siyavuş Novruzov söyləmişdi: “Dünyada belə bir məsələ var. Uşaqpulunu o ölkələrdə verirlər ki, orada uşaq dünyaya gəlmir.” Siz bu sözlərdən bir şey anladınız? Biz anlamadıq. Amma YAP tutuquşuları onun nə demək istədiyini anındaca anladı. Novruzovun bu orjinal açıqlamasına Hadı Rəcəblidən tutmuş baş nazirin müavini Əli Əhmədova kimi hamısı dəstək verdi: “Düşünmürəm ki, bu ailələrin “uşaqpulu”na ehtiyacı var… Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq.” Adamlar iş-güclərini atıb, uşaqları ac qoymaq yarışına girişiblər. Rəsmən dirəşiblər ki, uşaqpulu olmayacaq! Bilirsiniz niyə? Çünki bu təklif ilk dəfə müxalifətdən gəlib və hakimiyyət məsələni həll edib, xalları müxalifətin adına yazdırmaq istəmir. Yuxarıdan da bu tutuquşulara göstəriş verilib ki, məsələnin qeyr-mümkünlüyünü əsaslandırmaq üçün əlinizdən gələni edin…
Başqa bir tərəfdən, uşaqpulu büdcədən böyük vəsait ayrılması deməkdir və Siyavuş kimi ağıl dəryaları bunu öz ciblərinə təhlükə görürlər. Hər il bunların maaşına artım edilməli, komfortları üçün güzəştli kartlar verilməli, xidməti maşınları, köməkçiləri olmalıdır axı. Müftəxorlar uşaqların əmzik haqqına girməkdən belə utanıb həya etmirlər. Düşündükləri odur ki, ölkədə 17 yaşına qədər uşaqlara “uşaqpulu” vermək üçün tələb olunan 1,6 milyard manatı özlərinə xərcləyərlər. Axı özlərinə hər şeyin ən lüksünü layiq görən bu haramzadalar xalqa xərclənən qəpik-quruşu elə israf sayırlar. İndi siz deyin, bunların adı uşaq düşməni deyil, nədir?