Xalq da sizə belə gülür!
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/10/IMG-20191028-WA0006.jpg)
Bizim deputatlar xalqın dilinə düşmədən rahat yaşaya bilmirlər. Bu gün sosial şəbəkələrin gündəminə komik bir video düşüb. Xalq yaradıcılığının məhsuludur. Son günlər duzlu aforizmləri ilə xeyli populyarlaşan qocaman deputatlarımıza parodiya edilib. Video son günlərin “ən unudulmaz çıxışı” ilə yadda qalan Xanhüseyn Kazımlının, “hovuzda balıq kimi dövrə vurmaqdan qəlsəmələri çıxan” Arif Rəhimzadənin, “səhər-axşam, harda gəldi, saatda 6- 8 km sürətlə qaçan” Ağacan Abıyevin “yorulmaz fəaliyyətinə hədiyyə” olaraq hazırlanıb. Necə olmalıdır ki? Xalq baxır, onlar sizin yadınıza düşmür, özləri sizi yad edib ürəyindən tikan çıxarır.
Videonu açıb öz halınıza baxın. Bəlkə, hələ bir xeyli gülüb cavanlaşarsınız da. Axı mandat almaq üçün 80 yaşında belə cavan oğlan kimi olduğunuzu isbat etməyə çalışırsınız. Xalq sizə gülür, yəqin içinizdə siz də xalqa gülürsünüz. Bu yaşa qədər xalqı ağlar qoyub, özünüz gülmüsünüz onsuz da. Amma o gülməyin bir ağlamağı da var. Son gülən gözəl gülər deyiblər!