Milli Şuranın sədri Cəmil Həsənli
İlham Əliyevin Bayram “təbrikində” bəyan etdiyi yeni dönəmin ilk “proflaktikası” Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şərlənməsindən başladı. Açıqca polis əməliyyatı, ssenariləşdirilmiş insidentdir. İlham Əliyevin anonsunu verdiyi fövqəladə vəziyyəti belə gözləməyə səbri çatmadı. Coronavirus və neft böhranının “prflaktikasına” Milli Şuraya qarşı açıq təhdid, saxta ittihamlar və həbs hədəsindən başladı. Yaxın bir həftə ərzində (ola bilsin ki, martın 31-də) ölkədə fövqəladə vəziyyətin tətbiq ediləcəyi, sosial medianın məhdudlaşdırılacağı (hətta müvəqqəti bəhanə ilə bağlanması), Milli Şura və Xalq Cəbhəsinə qarşı Fövqəladə vəziyyətin bütün şiddəti ilə savaş açılacağı İlham Əliyev tərəfindən planlaşdırılır. İnformasiya qanununa düzəliş edilməsi də bunun hazırlıq mərhələsi idi. O, global bioloji böhranı öz siyasi əleyhdarlarına qarşı yonəltməklə coronavirus təhlükəsindən özünün dediyi kimi “Çistka” məqsədi ilə istifadə etmək istəyir. Tofiq Yaqublu bu “Çistkanın” ilk hədəfidir. Lakin son “qurban” deyil, bu jurnaldır. Yaxın günlərdə hər şey aydın olacaq. Başlıca hədəf Əli Kərimlidir. İlham Əliyevin fövqəladə “tədbirlərinin” əsas qayəsi onun yuxusunu ərşə çəkən AXCP sədri Əli Kərimlinin siyasi həyatdan təcridinə yönəlməlidir. Corona – 19-un yayıldığı coğrafiyada İlham Əliyev rejimi yeganə hakimiyyətdir ki, ondan siyasi məqsədlər istifadə edir. Yəni heç kim özündə cəsarət tapıb hakimiyyətdən soruşmamalıdır ki, 17 illik hakimiyyətin dövründə 100 milyardlarla neft gəlirləri əldə etmiş bir ölkədə vətəndaşlar niyə bioloji fəlakətin qarşısında tibbi sığortasız qalıb. Tofiq Yaqublu bu və cəmiyyəti narahat edən digər sualları mütəmadi olaraq qaldıran müxalifət liderlərindən biridir. Onun İlham Əliyevin qəzəbinə gəlməsi hüquqi yox, siyasi məsələdir.