AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Məzlumun haqqı, hüququ qorunmayınca, ədalət hər kəs üçün əl çatan olmayınca, zalımların dizi yerə gəlməyincə, zülmün bayrağı enməyincə Xalq Cəbhəsinin savaşı bitməyəcək.
Cəbhəçilər azadlıq savaşçıları, ideya əsgərləri, ədalətə könül verən haqq aşiqləridirlər. Onlar insan mənəviyyatını çürüdən, azadlığını əlindən alan, ləyaqətini satın alan bu günkü eybəcər reallığa deyil, inandıqları bəşəri dəyərlərə tapınırlar. Cəbhəçilər Azərbaycan xalqının öz sərvətlərindən pay almasına, dövlətindən qayğı görməsinə, azadlıq və rifah içində yaşamaq haqqına inanırlar və bu haqqı qəsb edənlərlə qarşı illərdir ki, savaşırlar.
İllərdir ki, üstündən represiya qasırğaları əsir, rejimin cəza qırmancı ara vermədən qalxıb enir, yalan, böhtan seli üstünə axır, qərərgahı alınır, çayxanalarda belə toplanmağa imkan verilmir, ancaq Xalq Cəbhəsi bitmir ki, bitmir. Əksinə, incidilən, haqqı əlindən alınan, səsi boğulan bir xalqın qəlbinəki azadlıq, ədalət arzusundan rişə alıb gündən- günə böyüyür, güclənir, sevilir və ümid yerinə çevrilir.
Xalq Cəbhəsi təkcə bir partiya deyil. O zalımın yalanına, məkrinə qarşı millətin , dərd, mərhumiyyət laylarından vulkan kimi püskürən söz atəşidir. “Sözünüzün bir təsiri varmı?” , “sözlə nəyə nail olassınız?” deyən nadanlar tarixdə ictimai formasiyaların, tiraniyaların, sözlə süqut etdiyini, qəflətdə olanların sözlə ayıldığını, zülmün tifağını haq sözə inananların dağıtdığını bilməyənlərdir.
Ona görə də cəbhəçilər dedikləri, yazdıqları sözə görə illərdir ki, rejimin qəzəb tutmasına tuş gəlir, haqq sözün susmaması üçün söz məhbusları olurlar.
Qorxunun, irticanın, amansız qəddarlığının hakim olduğu ölkədə cəbhəçilər cəsarət etalonudurlar. Cəbhəçilər təkcə sözləri ilə deyil, mübarizlikləti ilə də bir nümunədirlər. Onlar apardıqları mübarizənin mükafatı olaraq mərdi- mərdanə qollarını irəli uzadıb şər rejiminin taxdığı qanddalları zinət, mükafat kimi qəbul edir, dəmir barmaqlıqlar arasından gülümsünərək gələcəyə əl yelləyir, həbsə atılan yoldaşından sonra “sıra məndə” deyib, mübarizə ruhunu ölməyə qoymur, qorxu kabusunu cəsarət nümunəsi ilə məğlub edirlər.
Hər represiyadan sonra, cəmiyyət yeni cəbhəçi qəhrəmanların nümunəsində cəsarət, məğlubedilməz bir iradə gördükcə xalqın da kimyası dəyişir, inamı artır.
Bu üzdən də rejim hər yerdə, meydanda, tv debatlarında, seçkilərdə cəbhəçilərin cəsarətinin, kütləviliyinin, intellektinin, haqq sözünün qarşısından qaçır, zorun arxasında gizlənir.
Xalü Cəbhəsi şəhidlər partiyasıdır. Sırasından 5000 min şəhid vermiş təşkilat üçün Vətən sevgisindən, xalqın mənafeyindən üstün nə ola bilər ki? Vətənin bütövlüyü üçün şəhidlə verən bir təşkilat, xalqn azadlığı, xoşbəxtliyi üçün də hər cür qurbanlar verməyə mənən hazırdır. Ona görə də, Xalq Cəbhəsinə qasrşı həyata keçirilən həbslər “yel qayadan nə aparar ki,” misalında olduğu kimi bu təşkilatın böyüməsinin, rejimin qorxulu röyasına çevrilməsinin qarşıdını ala bilmədi.
“Xalq Cəbhəsi gəlsə indikindən fərqlimi olacaq ?” deyənlər cəbhəçilərin mübarizə yolunu, xalq üçün çəkdikləri məhrumiyyətləri, zindanlarda verdikləri imtahanları görmürlərsə və ya görə bilmirlərsə, o zaman, bu partiyanı tərk etmiş, öz tamahına yenik düşüb rejimin xidmətçisiinə çevrilənlərin komfortlu, təminatlı həyatına baxsınlar. Əgər yoluna dönük çıxmaq müqabilində təminatlı həyat əldə etmək imkanı varsa, yoluna sadiq olanlar nədən soyğunçu hakimiyyətdəkilərlə eyni olsunlar ki? Əgər cəbhəçilər fərqli gələcək, xalqı razı salacaq hakimiyyət, ədalətli idarə etmə yaratmayacaqlarsa, o zaman, niyə bu rejimə qarşı mübarizə yolu tuturdular ki? Bu rejimə qarşı olub mərhumiyyət, həbslər yaşamaqdansa, onlara qoşulub da rahahat bir həyat seçərdilər.
Ancaq Xalq Cəbhəsinin tutduğu yol şərlə, yalan və saxtakarlıqla, talançılıqla, haramla barışmamaq, xalqın haqqını özünəş qaytarmaq yoludur.
Xalq Cəbhəsi bu gün sözçüsü olduğu xalqa qucaq açıb, öz ölkəsini azad, xalqını xoşbəxt və qürurlu görmək istəyən hər kəsi arzusdunda olduğumuz Azərbaycanı qurmağa, bu yolda fədakarlıq etməyə, iradəli olmağa çağırır. Bu təkcə biz çəbhəçilərin çağrışı, dəvəti deyil. Bu hər birimizin dinləməli olduğumuz gələcək nəsillərin və mənəvi varisləri olduğumuz cümhuriyyət quran babalarımızın çağrışıdır.
Bu çağrışa sən cavab vermisənmi?