
Bu gün, noyabrın 28-i, saat 15:20-də Azərbaycanın 4 vətəndaşının işğaldan azad edilən Füzuli rayonunda həlak olub.
Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb:
“…Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.”
Baş Prokurorluğun məlumatına görə, dərhal prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçiriblər, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib:
“Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.”
Rəsmi məlumata görə, sentyabrın 27-dən- müharibə başlayandan indiyə qədər Azərbaycanda 100-ə yaxın mülki şəxs həlak olub, 400-ə yaxın adam isə müxtəlif dərəcəli xəsarət alıb.
Azadlıq radiosu