
Türkel Oğuz
Şəhərdə Rusiya bayrağı ilə yürüş edən manqurt təfəkkürlülər (bəlkə də təfəkkürsüzlər) bununla ruslara nəyə görə təşəkkür edir?
- Qafqazda, tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaratdığı üçün;
 - XIX əsrin əvvəllərindən başlayaraq milyon yarım ermənini Qərbi Azərbaycana və Qarabağa köçürüb başımıza əbədi bəla açdığı üçün;
 - XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana hədiyyə etdiyi üçün;
 - 1920-ci ildə ölkəmizi işğal edib Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğuna son qoyduğu üçün;
 - 20 Yanvar işğalı və qətliamı üçün;
 - Xocalıda ermənilərlə birlikdə törətdikləri soyqırımı üçün;
 - 10 noyabr 2020-ci il tarixində Azərbaycan əsgərinin qəhrəmanlığı, minlərlə şəhidimizin öz canı və qanı ilə əldə etdiyi qələbəni ovcumuzdan qoparıb Şuşa və Hadrut istisna olmaqla Qarabağı ermənilərə verdiyi üçün.
 - Hal-hazırda hərbi cinayətkar, uşaq qatili Araik Harutyunyanın başçılıq etdiyi separatçı rejimi bütün vasitələrlə möhkəmləndirdiyi üçün.
 - On illər ərzində Ermənistanı Azərbaycana qarşı silahlandırdığı və əsgərimizi öldürən silahları ermənilərə təmənnasız olaraq bağışladığı üçün!
 
Öz variantınızı da əlavə edə bilərsiniz!
                                                                                               

























