
AXCP Gənclər Komitəsinin sədri Emil Səlim
Ermənistan Dağlıq Qarabağdan öz ordusunu çıxarmayacağını bildirir.
Paşinyan Azərbaycanla düşmənçiliyin problemin həllinə fayda verməyəcəyini qeyd edir.
Rusiya hərbi gücü ilə Azərbaycandan regiona qalıcı nüfuz əldə etmək istəyir.
Bəs biz nə istəyirik?
1.Müharibə ən azı bu mərhələ üçün bitib və ilk növbədə hərbi uğurlarımızı beynəlxalq səviyyədə qəbul etdirmək.
- Dağlıq Qarabağın taleyini Rusiyanın tam ixtiyarına buraxmamaq üçün Qərb dövlətlərilə münasibətləri normallaşdırmaq.
- Türkiyənin ölkəyə gəlişinə əngəl yaradan faktorları aradan qaldırmaq.
Maraqlı məqamlar; Ermənistan Paşinyanın simasında mesaj verir ki, Rusiya qarışmasaydı, iki dövlət Avroatlantik məkanda öz problemlərini özləri həll edə bilərdi. Avropa Birliyinin Qarabağın taleyilə bağlı sirr olmayan mövqeyi Paşinyan hakimiyyətini qane edirdi. (Yeri gəlmişkən, erməni tərəf bu movqeni təxminən eynilə Putinə də deyib. Putin isə status məsələsini sonraya saxladıqlarını bildirib). AB bu müharibədən hələlik kənarda qaldığı üçün, əsas rolu aparan Putin bizim maraqlarımızdan daha çox, təbii olaraq, Ermənistan maraqlarını təmin etməyə çalışır ki, incik salıb əlindən qaçırtmasın. Bu, həmişə belə olub. Rusiya heç vaxt Ermənistanı Azərbaycana siyasi mənada uduzdurmaz!
Deməli; Azərbaycan təcili olaraq dünya çapında müttəfiqlər qazanmalıdır ki, həm Dağlıq Qarabağın siyasi taleyini milli maraqlarımıza uyğun olaraq həll edə bilsin, həm də gözlənilən xarici təzyiqlərdən yayına bilsin. Ən böyük qınaq gətirən insan haqları və demokratiya məsələsinin həlli ölkənin yaranmış böhrandan xilası üçün açar rolunu oynaya bilər.