Azərbaycan Xalq Cəbhəsi partiyasının Gənclər Komitəsinin sədri Emil Səlimov yanvarın 12-də Bakı vaxtı ilə 16-dan Baş Prokurorluğun ağır cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunub.
Bu barədə özü fb səhifəsində məlumat verib.
Partiyadan verilən məlumata görə Emil Səlimov AXCP sədri Əli Kərimlinin ictimai əsaslar üzrə mühafizəçisi, hazırda siyasi məhbus həyatı yaşayan Niyaməddin Əhmədovun işilə bağlı dindirilib.
Belə ki 5 saat dindirildikdən sonra istintaqçılar Emil Səlimovla birlikdə mənzilə baxış keçirilməsi üçün onun yaşadığı evə gediblər.
Axtarışdan sonra onlar gediblər və bu zaman Emil Səlimə yenə çağırıla biləcəyini bildiriblər.