
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Hökumətin “lisenziyalı müxalifət” projesi onun əleyhinə işləməyə başlayıb. Necə?
Hakimiyyətdən maliyyələşən bir neçə nəfəri cəmiyyətə müxalifətçi kimi təqdim etməkdən ötrü, onlara iqtidarı kəskin tənqid etməyə razılıq və media dəstəyi verilir. Aydındır ki, məqsəddə ictimai narazılığın Milli Şura, Əli Kərimli ətrafında təmərküzləşməsinin qarşısını almaqdır.
Ancaq nə başş verir?
Cəmiyyətdə saxta müxalifətin əli ilə o insanları aldatmaq olur ki, onlar əsasən nə Milli Şura təmsilçilərinin, nə də ki, Əli Kərimlinin auditoriyasına daxil deyillər. Düzdür, onlar narazıdırlar. Ancaq bu narazı təbəqə, real müxalifətin çıxış və çağırışlarının dairəsindən kənarda qalanlardan ibarətdir əsasən. Real müxalifət üçün hələlik əlçatmaz olan bu kütləyə, iqtidarın özünün ortaya atdığı saxta müxalifətçilər bir – biri il rəqabət halında “hücum çəkib” özlərini gerçək müxalifət kimi sübut etməyə çalışırlar. Onlar özlərini beləcə həqiqi müxalifət kimi göstərməyə çalışıb rejimi tənqid etdikcə, bu insanların kortəbii narazılığını hakimiyyət əleyhinə yönəldirlər.
“Lisenziyalı müxalifət” öz tənqidlərində İlham Əliyevin adını çəkməsə belə, hakimiyyət əleyhinə tənqidlərlə , xitab etdikləri kütlənin narazılığını siyasiləşdirməklə məşğuldurlar.
Nəticə nədir bəs?
Cəmiyyətdə siyasiləşmiş narazı elektoratın sayı, həm də “iqtidarın lisenziyalı” müxalifətinin iştirakı ilə gündən – günə daha da artır.
Bəs lisenziyalı müxalifətin qaza gətirdiyi narazı elektoratı Milli Şuradan nə qədər ayrı saxlamaq mümkündür? Unutmayaq ki, bu insanlar narazıdırlar və onlar sözdən işə keçmə mərhələsində, həmin “lisenziyalı müxalifətin” də Milli Şura kimi istefa tələbləri ilə mitinqlər təşkil etməsini gözləyəcıklər. Əgər, o zaman hakimiyyət “lisenziyalı müxalifətin” də iştirakı ilə cəmiyyətdə öz əleyhinə kütləvi etiraz aksiyalarının genişlənməsinə imkan yaradarsa, bu onun öz ayağlna balta çalması demək olar.
Yox, bu mərhələdə “lisenziyalı müxalifət” mitinq təşəbbüsündən kənarda qalacaqsa və ya təlimata uyğun olaraq mitinqlərə qarşı əks təbliğat aparacaqlarsa, nəticədə favoriti olduqları kütlənin gözündən düşəcəklər. Bunun örnəyini biz “Rea” l sədri İlqar Məmmədovun mitinqlərə qarşı əks təbliğatdan sonra olan – qalan reytinqini birdəfəlik itirməsi nümunəsində görmüşük. Bu halda həmin narazı elektorat yerində qalır və gözdən düşmüş “lisenziyalı müxalifət” liderinin arxasından çəkilir və öz etirazlarını meydanda olan narazı çoxluqla birləşdirir.
Nəticədə həm sərmayə qoyulmuş “lisenziyalı müxalifət liderləri” sıradan çıxır, həm də onların siyasiləşdirdi kütlə fəallaşıb meydandakı insan kəmiyyətini daha da artırır.
Ona görə də iqtidarınh bu gün Əli Kərimliyə, Milli Şuraya qarşı belə “lisenziyalı müxalifət” layihələri qısa müddətdə cəlbedici görünə bilər, ancaq, kütləvi etiraz aksiyaları mərhələsinə keçid başlayanda, bu layihə iflasa uğramağa məhkumdur.