Milli Şuranın sədri, professor Cəmil Həsənli
Deməli dünyanın ən bədbəxt şəaitdə yaşayan 5 ölkəsi “Gallup İnternational” araşdırmasının nəticələrinə görə 2021-ci ildə xoşbəxtlik indeksinə görə dünyada ilk beş yeri bölüşüblər. Azərbaycan da həmin o beş xoşbəxtlik indeksində yer tutan ölkələrdən biridir. Bu 5 xoşbəxt ölkələr siyahısına narkotikanın həyat tərzinə çevrildiyi Kolumbiya rəhbərlik edir. İkinci yerdə oğurluq London mülklərinə görə Azərbaycanla 1-ci və 2-ci yerləri bölüşən Qazaxıstan gəlir. Bo xoşbəxtlər siyahısında 3-cü yerdə ta Ənvər Xoca dövründən Avropada adam başına düşən ÜDM həcminə və orta əmək haqqı indeksinə görə sonuncu yerdə olan Albaniya gəlir. Xoşbəxlik göstəricisinə görə Malayziya 4-cü yerdə, Azərbaycan isə 5-ci yerdədir. Daha nə istəyirsiniz, xoşbəxtsiniz də!
Əlbəttə, yalnız xoşbəxlik indeksinə görə deyil, sabaha ümid indeksinə görə də ölkəmiz birinci büşlikdədir. Bu göstəriciyə görə Azərbaycan birinci beş yeri İndoneziya, Albaniya, Nigeriya, Meksika və Vyetnamla bölüşür.
Deyəsən “Doing Business” kimi “Gallup İnternational”ın da əcəli çatıb. Yəqin ki, bu institutun əsasını qoyan Dr. Corc Gallup bir möcüzə nəticəsində təsadüfən dirirlərsə, birinci işi öz əli ilə yaratdığı İnstitutu bağlamaq olardı. Necə ki, belə saxta göstəricilərə görə “Doing Business”i bağladılar.
“Dərviş Məstəli şah” filmindəki kimi deyəsən Qulaməli barıtı çox qoyub!