Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu gün Milli Məclis media haqqında mürtəce qanunu qəbul etdi. “Mətbuat haqqında bu gün qəbul edilmiş qanun Azərbaycanda azad mətbuatı dəfn etmək məqsədi daşıyır”.
Human Rights Watch təşkilatının təmsilçisi Georgi Qogia mətbuat haqqında yeni qanunu belə qiymətləndirib.
Bəlkə də belə yaxşıdır.
Ölkənin tam totalitar üsul-idarəyə keçdiyi, bütün hüquq və azadlıqların ayaqlar altına atıldığı, mətbuatın, azad sözün, siyasi fəaliyyətin, sərbəst toplaşma hüququnun qadağan olunduğu, hətta məhkəmələrdə vəsatət verdiyinə görə vəkillərin cəzalandırıldığı bir bir quruluş necə utanmadan Avropa Birliyi ilə inteqrasiyadan danışa bilər?!
Bu saxta imitasiya siyasəti bilməli idi. Və yaxşı ki, bitdi.
Ölkə mətbuatı bu gün həm də rəsmən sovet standartlarına qayıtdı. Çox gözəl!
İmitasiyaya son!
Yalana son!
Hər şey olduğu kimi görülməlidir!
Türkmənistana, pardon, Heydəristana xoş gəldiniz!
Ölkədə siyasi fəaliyyət, mətbuat, vətəndaş cəmiyyəti rəsmən ləğv olunub. Olsun. Hakimiyyət lümpenləşdirdiyi kütlə ilə üz-üzə qalmaq istəyirsə, buyursun.
O kütlə müzəffər, nooldupaşinyan, dabanyalayan, Zəngəzur nağıllarını bir zamanadək yeyə bilər. Sonra çörək istəyəcək. Çörək isə artıq yoxdur. Və bu gedişlə olmayacaq da.