Qazaxıstan: “Sərhədin hər hansı formada pozulmasından danışmaq çətindir”
Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Qazaxıstan sülhməramlılarının Ermənistana göndərilməsi müzakirə edilmir. Bunu Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi jurnalistlərə deyib. Onun sözlərinə görə, “Azərbaycan-Ermənistan sərhədi delimitasiya və demarkasiya olunmayıb, ona görə də sərhədin hər hansı formada pozulmasından danışmaq çətindir”.
Nazir qeyd edib ki, hazırda birinci iş sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Tleuberdi bildirib ki, ölkəsi delimitasiya və demarkasiya təcrübəsini Yerevan və Bakı ilə bölüşməyə hazırdır: “Biz sərhədimizi bütün quru, dəniz perimetrləri üzrə demarkasiya etmişik. Demarkasiya Rusiyanı çıxmaqla, demək olar, bütün ölkələrlə praktiki bitib. Rusiya ilə bu iş hələ iki-üç il çəkə bilər”.
Azadlıq radiosu