Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır, yaxın gələcəkdə orada nəqliyyat əlaqəsinin tam bərpa olunacağına ümid edir. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. Zaxarova filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılığının dəhlizin bağlanmasına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, sülhməramlı kontingent gərginliyin azaldılması üzərində fəal işləyir.
Zaxarova deyir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatını imzalamaqla tərəflər öhdəliklər götürüblər və onları sözsüz yerinə yetirmək lazımdır. “Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir”, – o vurğulayıb.
“Ayrıca olaraq, Rusiya sülhməramlılarına münasibətdə əsassız ittihamları və provokativ hərəkətləri də şərh etməliyik. Haradan qaynaqlanmasından asılı olmayaraq, onları yolverilməz və qeyri-səmərəli hesab edirik. Rusiya sülhməramlı kontingenti öz tapşırıqlarını effektli yerinə yetirir, regionda sabitliyin qarantı kimi çıxış edir”, – Zaxarova əlavə edib.
Paşinyan Qarabağda humanitar vəziyyətin ‘həddən artıq’ pisləşdiyini deyir
Son günlər Qarabağda humanitar vəziyyət həddən artıq pisləşib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 15-də hökumətin iclasında deyib. O, Bakını 2020-ci il 9 noyabr üçtərəfli sazişini “birbaşa və kobud” şəkildə pozmaqda suçlayıb.
Baş nazir Azərbaycanın əvvəlcə Laçın dəhlizini, daha sonra Qarabağa təbii qaz ötürən qaz xəttini bağladığını deyərək Bakını provokasiyada günahlandırıb: “Minlərlə insan, o cümlədən uşaqlar soyuq qış günlərində yollarda qalıb, çoxsaylı ailələr bir-birindən ayrı düşüb, blokadanın müxtəlif tərəflərində qalıb…”.
Rəsmi Bakı Şuşa-Laçın yolunu orada etiraz aksiyası keçirən azərbaycanlı fəalların deyil, Rusiya sülhməramlı kontingentinin bağladığını deyir. Qaz təchizatına gəlincə, Qarabağın qaz təchizatını Ermənistanın həyata keçirdiyi bildirilir.
Paşinyan Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Qeyd edib ki, 9 noyabr sazişində Ermənistan ərazisindən hər hansı dəhlizin çəkilməsi nəzərdə tutulmayıb. “Ermənistanın imzaladığı heç bir sənəddə bu məsələ yoxdur”, -o vurğulayıb.
Kanada Azərbaycanı Laçın dəhlizini açmağa çağırır
Kanada Laçın dəhlizində baş verənləri diqqətlə izləyir və Azərbaycanı yolu açmağa, mümkün humanitar fəsadların önlənməsi üçün azad hərəkəti təmin etməyə çağırıb.
Kanada Xarici İşlər Nazirliyi, eyni zamanda, Ermənistanla Azərbaycanı problemin sülh yoluyla həllindən ötrü danışıqları davam etdirməyə çağırıb.
Bir qrup azərbaycanlı dekabrın 12-dən Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir, Qarabağdan Ermənistana nəqliyyatın hərəkəti dayanıb. Etirazçılar ekoloji məsələləri qaldırır, Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovla görüş tələb edirlər.
Yerevan bunu Bakının rəsmi provokasiyası sayır, məqsədin Qarabağda humanitar fəlakət yaratmaq olduğunu deyir.
Bakı isə ittihamları rədd edir. XİN Şuşa-Laçın yolunun azərbaycanlı etirazçılar deyil, Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları tərəfindən bağlandığını bildirib. XİN həmçinin yolun mülki təyinatlı nəqliyyat vasitələri üçün açıq olduğunu bəyan edib.

Azadlıq radiosu