Məşhur vəkil avtoqəzaya düşüb

  • By admin
  • 27 Avqust 2025 12:47

Tanınmış vəkil Fəxrəddin Mehdiyev Lənkəran şəhərindən Bakıya qayıdarkən avtomobil qəzasına düşüb.

Gununsesi.info-nun xəbərinə görə, avtomobildə Fəxrəddin Mehdiyev və ailə üzvləri olub.

Xoşbəxtlikdən qəza nəticəsində həyatını itirən olmayıb.

Bununla belə vəkilin özü və yaxınları xəsarət alıb.

 

Gununsesi.info