
Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovnik Vüqar İsmayılova yeni vəzifə verilib.
Gununsesi.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilib.