Cəlilabadda minik avtomobilləri toqquşub: 2 yaşlı uşaq ölüb

  • By Günel
  • 31 Avqust 2025 13:56

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

“Opel” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ”ın sərnişini – 2023-cü il təvəllüdlü Nazlı Vahibzadə ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info