Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın

  • By Günel
  • 31 Avqust 2025 16:54

Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, yanğın İdman Kompleksinin yaxınlığında, “Şollar” su kəmərinin mühafizə zolağında başlayıb və 3 hektar ərazini əhatə edib.

Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir.(APA)

Gununsesi.info