İran parlamentində telefondan istifadə qadağan edildi

  • By Günel
  • 27 İyul 2025 14:31

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdə mobil telefonlardan istifadə ilə bağlı yeni qərarı açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

Onun sözlərinə görə, Rəyasət Heyətinin qərarına əsasən, millət vəkillərinin parlamentdə mobil telefondan istifadə etməsi qadağan olunub.

Qalibaf bildirib ki, bu addım əsasən təhlükəsizlik narahatlıqları ilə əlaqədardır:

“Nümayəndələr parlamentdə olduqları zaman mobil telefonla danışa bilməyəcəklər. Onlar yalnız təkliflər vermək və vəzifələrini yerinə yetirməklə məşğul olmalıdırlar”.

Yeni qərar parlamentdə texnoloji vasitələrdən istifadəyə nəzarətin artırılması və informasiyaların sızmasının qarşısını almaq məqsədi daşıyır.

Gununsesi.info