Pilləkəndən yıxılan kişi xəstəxanada öldü

  • By Günel
  • 27 İyul 2025 12:30

Şadlıq sarayının pilləkənlərindən yıxılan kişi xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, ötən gün  axşam saatlarında  Qax şəhərindəki şadlıq evlərinin birində pilləkənlərdən yıxılaraq agır xəsarət alan əslən Agdam rayonundan olan və Zaqatalada yaşayan  2002-ci il təvəllüdlü  Qarayev Orxan Nizami oglu  bu gün səhər saatlarında müalicə aldığı Qax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Meyit müayinə olunmaq ücün morqa yerləşdirilib.

Faktla baglı araşdırma aparılır.

Gununsesi.info