İsrail Qəzzada fələstinli İŞİD liderini öldürdü

  • By Günel
  • 29 Avqust 2025 21:21

İsrail ordusu Qəzza zolağında IŞİD qruplaşmasında yüksək vəzifə tutan terrorçunu məhv etdiyini bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir: “İsrail ordusu Qəzza zolağında İŞİD terror təşkilatının Fələstin hücrəsinin rəhbəri Məhəmməd Əbdül-Əziz Əbu Zubeydəni Bureyc bölgəsində məhv edib. Əbu Zübeydə Qəzza zolağında İŞİD terror təşkilatında yüksək vəzifə tutub. İsrail ordusu Qəzza zolağında terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək”.

Gununsesi.info