Premyer Liqa: “Sumqayıt”la “Şamaxı” heç-heçə etdi

  • By Günel
  • 29 Avqust 2025 21:05

Azərbaycan Premyer Liqasında III tura start verilib.

Gununsesi.info xəbər verir ki, turun açılış matçında “Sumqayıt”la “Şamaxı” üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı meydan sahibi komanda açıb. 63-cü dəqiqədə “şirlər”in futbolçusu Rikardo Apolinario avtoqola imza atıb. 75-ci dəqiqədə isə Edqar Adilxanov hesabı bərabərləşdirib.

“Sumqayıt” 7 xalla turnir cədvəlinin lideri, “Şamaxı” isə 2 xalla 7-cidir.

Qeyd edək ki, III tura avqustun 31-də yekun vurulacaq.

Gununsesi.info