Mingəçevirdə 55 yaşlı kişi bıçaqlandı

  • By Günel
  • 17 Avqust 2025 11:34

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevir şəhərinin N. Nərimanov küçəsindəki məhəllələrdən birində qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş 45 yaşlı Hafiz Hüseynov şəxsi münasibətlər zəminində məhkumluq həyatı yaşamış 55 yaşlı Rəhim Vəliyevlə mübahisə edib. Mübahisə zamanı Hüseynov ona bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Gununsesi.info