Şəkidə ağır qəza - Sürücü öldü

  • By Günel
  • 17 Avqust 2025 11:13

Şəkidə ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində olub.

Hərəkətdə olan “VAZ-21723” markalı minik avtomobili və evakuator toqquşub. Hadisə zamanı “VAZ”ın sürücüsü 1981-ci il təvəllüdlü Natiq Calalov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Gununsesi.info