ADR-in qeydiyyat iddiası təmin olunmadı

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ədliyyə Nazirliyinə qarşı dövlət qeydiyyatından imtinaya görə qaldırdığı iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.
Hərəkatın sədri Qubad İbadoğlu bu barədə özünün facebook profilində yazıb:

“Bu gün, 8 iyun 2017-ci ildə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ədliyyə Nazirliyinə qarşı dövlət qeydiyyatından qanunsuz və əsassız olaraq imtinaya görə qaldırdığı iddiaya baxılıb. Hakim Tahirə Əlif qızı Əsədova ADR Hərəkatının təsisçilərinin təşkilatın dövlət qeydiyyatına alınmasına dair iddiasını təmin etməyib.

Əslində Hakim Tahirə Əsədova bu qərarı ilə Azərbaycanın məhkəmə tarixində daha bir qanunsuzluğa və ədalətsizliyə imza atıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində bu iş üzrə sonuncu iclasda hakim qanunların aliliyini müdafiə etməyərək, siyasi sifariş əsasıda qərar çıxarıb. Heç şübhəsiz, bu qərarın ömrü həmin işin Avropa Məhkəməsində baxılması tarixinə qədər olacaq.

Onsuz da Azərbaycanın bu və digər iki (apelyasiya və ali) məhkəməsində də ədalətli qərar gözləməyən ADR-in yaradıcılarının əsas məqsədi bu işi Avropa Məhkəməsinə çıxarmaq və haqqlarının bərpasına orda nail olmaqdan ibarətdir. Çox təəssüf ki, yüz minlərlə iddiaçılar kimi biz də Azərbaycan məhkəmə sistemindən qanuna söykənən düzgün qərar qərar ala bilmirik. Beləliklə də, nəinki qanunun, həm də hüququn aliliyinin təmin olunmadığı Azərbaycanda heç bir islahatdan və tərəqqidən danışmağa dəymir. Məhkəmə sistemi islah olunmayınca, onun müstəqilliyi təmin edilməyincə, icra hakimiyyətindən asılılığı aradan qaldırılmayınca Azərbaycanda nə dövlət inkişaf edəcək, nə də ədalətli cəmiyyət qurulacaq. Ölkəyə nə sağlam investor, nə də təmiz sərmayə gələcək”.

24saat.org

Mənbə – azadliq.info

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Divdən xilas it hürən tərəfdə deyil

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: