AXCP üzvünün Ağdamda həbs olunduğu bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Xətai rayon şöbəsinin fəalı İslam İslamzadənin inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, AXCP üzvü iyunun 8-də Ağdam rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib. İslam İslamzadənin Bərdə rayonunda yerləşən müvəqqəti saxlanma təcridxanasına aparıldığı söylənir.

Buna da bax:​ Əli Kərimli: ‘Həbsimə hazıram’

Məlumatda o da vurğulanır ki, İslam İslamzadənin qardaşı ötən gün Quzanlıdakı Ağdam rayon Polis Şöbəsinə çağırılıb. Ondan şöbədə qardaşının polisə gəlməsinin tələb edildiyi açıqlanıb.

İslamzadə Ağdam rayonunda qeydiyyatdadır və Bakıda yaşayır.

“Həbsin səbəbi barədə məlumat öyrənə bilmirik. İslam İslamzadə Facebook-da fəaldır və yəqin ki, həbsinin səbəbi də budur”, – AXCP Gənclər Təşkilatından bildiriblər.

Buna da bax: ‘Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı’

Gəncin nədə günahlandırıldığını, hələlik, nə Ağdam rayon Polis Şöbəsindən, nə də məhkəmədən öyrənmək mümkün olub. Hər iki quruma dəfələrlə zəng vursaq da rəsmən suallara cavab verilməyib.

Hazırda AXCP-nin 10-dan çox üzvü uzunmüddətli həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyir ki, həmin şəxslər törətdikləri əmələ görə, cinayət məsuliyyətinə cəlb ediliblər.

24saat.org

Mənbə – azadliq.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Demokratiya və Rifah Hərəkatının şikayəti təmin edilmədi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: