Daha bir cəbhəçi gənc həbs olundu

AXCP Gənclər Komitəsinin fəalı İslam İslamzadə bugün Ağdam rayon məhkəməsinin qərarı ilə 25 sutka həbs cəzası alıb. Hazırda İslam İslamzadə Bərdə rayonunda yerləşən müvəqqəti saxlanma təcridxanasına aparılır.
Qeyd edək ki, İslam İslamzadənin qardaşı ötən gün Ağdam rayon Quzanlı kənd polis idarəsinə çağırılımış və qardaşının polisə gəlməsi tələb olunmuşdu. İslamı israrla polis bölməsinə dəvət edən Cabir adlı şəxslə əlaqə saxlayıb, baş verənlərə aydınlıq gətirmək istədik. Amma bu şəxs suallarımızı eşidən kimi telefonu üzümüzə qapatdı.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Həbs edilmiş jurnalistin ailəsi ilə görüşməsinə icazə verməyiblər

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: