Təyyarə qəzasında 122 nəfər həlak olub

Myanma Hərbi Hava Qüvvələrinə məxsus təyyarə iyunun 7-də qəzaya uğrayıb. Ölkənin cənubundan Yanqon şəhərinə uçan təyyarə Andaman dənizinə düşüb.
Qəzaya uğrayan Myanma hərbi təyyarəsində 122 nəfər həlak olub. İyunun 8-də təyyarənin qalıqları dənizin Tavoy şəhərinə yaxın hissəsində tapılıb. Göyərtədə 12 ekipaj üzvü ilə birgə 122 nəfər olub. Həlak olanların 15-i uşaq, 35-i hərbi qulluqçudur.
Çin istehsalı olan, ötən ilin martında alınmış Y-8F-200 təyyarəsinin nədən qəzaya uğradığı bilinmir (novator.az).

24saat.org

Mənbə – azadliq.info

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Vəkil Muxtarlı ailəsinin qurban kimi tanınmasını tələb edir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: