ETSN səlahiyyətlisi Artur Rəsizadənin adından 2 AZN yığır

Balakən rayonu Qullar kənd sakini Keriyov Abdulətif Abdulsəməd oğlu tərəfindən 24saat.org saytının elektron poçtuna şikayət çəktubu daxil olub.

Şikayətçi məktubunda bildirir ki, Balakən rayon 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək arıçılığın inkişafına maneələr yaradır.

“Prezident cənab İlham Əliyev arıçılığın inkişaf etdirilməsi üçün xüsusi tapşırıqlar vermişdir. Biz uzun illərdir arıçılıqla məşğul oluruq. Balakən rayonunun Qullar kənd ərazisində meşə zolağında arı saxlayırıq. Burada eyni meşə zolağında 50 dən çox arıçılıqla məşğul olan şəxs var. Təxminən 4000-5000 arı yeşiyimiz (arı ailəsi) var. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov hər bir arı yeşiyinə görə bizdən 2 manat pul istəyir. Bu isə ayda hesablayanda 10.000 manat pul edir. Biz bunun qanunsuz olduğunu bildirdikdə bizə bildirir ki, guya Baş nazir Artur Rəsizadənin bu barədə qərarı var. Ancaq biz öyrəndik ki, cənab baş nazir Artur Rəsizadənin belə bir qərarı yoxdur.”

Şikayətçi onu da bildirir ki, ödənilən pula görə onlara heç bir qəbz təqdim olunmur. Keryar Abdulətif iddia edir ki, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov yalandan Artur Rəsizadənin adından istifadə edərək cibini doldurmağa çalışır. “Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirik ki, bizə köməklik edərək Baş nazirin adından istifadə edib korrupsiya əməlləri ilə məşğul olaraq arıçılığın inkişafının qarşısını alan 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlkiram Qasımovun barəsində ciddi tədbirlər görəsiniz.”

Şikayətçi sonda bildirir ki, problem barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətinə etdikləri şikayətə baxılmaması onu deməyə əsas verir ki, müdir Əlikiram Qasımov bu işi tapşırıq əsasında həyata keçirir.

Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: