Qubad İbadoğlunun təşkilatını məhkəmə də qeydə almadı

Ədliyyə Nazirliyinin Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını dövlət qeydiyyatına almamasından verilən şikayəti məhkəmə də rədd edib.

Qərarı bu gün, iyunun 8-i 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi çıxarıb.

Bu haqda hərəkatın sədri Qubad İbadoğlu məlumat verib.

Buna da bax:​ Q.İbadoğlunun hərəkatı qeydə alınmadı

Hərəkat təmsilçiləri Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından qanunsuz və əsassız olaraq imtina etdiyini bildirsələr də hakim Tahirə Əsədova onların dediklərini əsaslı saymayıb.

Q.İbadoğlu qərarı qanunsuz hesab etdiklərini, yuxarı məhkəməyə şikayət edəcəklərini bildirib.

“Hakim daha bir məhkəmə ədalətsizliyinə imza atdı. Hakim qanunların aliliyini müdafiə etmədi, siyasi sifariş əsasında qərar çıxardı. Heç şübhəsiz ki, bu qərarın ömrü həmin işin Avropa İnsan Hüquqları Məhkəməsində baxılması tarixinə qədər olacaq”, – Q.İbadoğlu bildirib.

Buna da bax:​ Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almadı

Xatırlatma

Ədliyyə Nazirliyi müxtəlif əsaslarla 3 dəfə Demokratiya və Rifah Hərəkatını dövlət qeydiyyatına almaqdan imtina edib. Buna əsas kimi nizamnamə və bəzi başqa sənədlərdə çatışmazlıqlar göstərilib.

Azərbaycan Demokratiya və Rifah Hərəkatını Müsavat Partiyasının bir qrup keçmiş üzvləri yaradıb. Onlar Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qaldıqlarından belə addım atdıqlarını deyirlər.

24saat.org

Mənbə – azadliq.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Mayda daşınmaz əmlak bazarında canlanma olub

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: