AŞPA məruzəçiləri Bakıya gəlir

Avropa Şurası parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçiləri Stefan Şennax (Stefan Schennach) (Avstriya) və Sezar Florin Preda-nın (Cezar-Florin Preda) (Rumıniya) iyunun 12-də Bakıya gələcəyi bildirilir.

AŞPA-nın mətbuat xidmətindən verilən məlumata görə, məruzəçilər prezident İlham Əliyevlə görüşəcək.

Bundan başqa, spiker, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi və ombudsmanla görüş də səfər proqramına daxildir.

Məruzəçilərin habelə, vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər, bu yaxınlarda həbsdən azad edilmiş fəallar, müxalifət təmsilçiləri və dustaqlarla da görüşləri nəzərdə tutulub.

Səfərin iyunun 14-nə kimi davam edəcəyi bildirilir.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.

Ölkə, AŞPA-nın monitorinqi altındadır. Bu quruma üzv olarkən Azərbaycan insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bir sıra digər məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.

24saat.org

Mənbə – azadliq.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Elçin Sadıqov Kürdəxanı tədridxanasının rəisini məhkəməyə verdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: