“Nardaran işi”ində məhkəmə protokolları təhrif olunub VİDEO

Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, “Müsəlman Birliyi” hərəkatının sədri Tale Bağırzadə və digər 16 nəfərin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda vəkil Yalçın İmanov vəsatət verib və bildirib ki, məhkəmə prosesinin protokolları ilə tam tanış olmayıblar. Bu məsələ qanunvericilikdə müəyyən edilən müddətdə həll olunmayıb. Protokollara qeydlərini Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasına verdiklərini deyən vəkil həmin qeydləri vəsatətlə birlikdə məhkəmə tərkibinə də təqdim edib. Buna görə də iş materiallarının birinci instansiya məhkəməsinə qaytarılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin edib və iş birinci instansiya məhkəməsinə qaytarılıb. Vəkillər protokollarla tanış olduqdan sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

Məhkəmədən sonra mediaya açıqlama verən vəkil Yalçın İmanov qismən tanış olduqları iclas protokollarında ifadələrin təhrif olunduğunu deyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

[youtube www.youtube.com/watch?v=XNzzW8tpC4w?feature=oembed&w=500&h=281%5D

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Səfirlik Əfqan Muxtarlı işini izləyir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: