Paytaxtın keçmiş polis rəisi Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib. Ölkə başçısı İlham Əliyev bu barədə bu gün sərəncam imzalayıb.
M.Əliyev 2007-ci ildə Bakı polisinin rəisi vəzifəsindən çıxarılandan sonra Tacikistanda Azərbaycanın səfiri təyin edilib və 2011-ci ilə qədər bu vəzifədə çalışıb. Daha sonra onu yenidən Bakıya, Prezident Administrasiyasında kiçik vəzifəyə gətirdilər. 2012-ci ildən bəri o, prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
Oxunub: 1458